Ucnoqta.az
www.ucnoqta.az

Bakı-Sumqayıt yolunda ağır qəza - <font color=red><b>"Toyota" aşdı - Foto</b></font>

09:07 - 3 Fevral 2021 tarixində dərc olunub.

Bakı-Sumqayıt şosesində avtomobil yüksək sürətlə digər nəqliyyat vasitəsinə çırpılıb.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə şosenin Xırdalan şəhəri ərazisinə düşən hissəsində baş verib.

"Toyota" markalı avtomobil yüksək sürətlə "Mercedes"ə çırpılıb. Nəticədə "Toyota" aşıb. Qəza nəticəsində "Toyota" markalı nəqliyyat vasitəsində olan sərnişin xəsarət alıb.

Faktla bağlı avtoekspertiza təyin edilib.

Müəllif: