Ucnoqta.az
www.ucnoqta.az

Sabirabadda ev yanıb, 3 nəfər xəsarət alıb

09:52 - 1 Fevral 2021 tarixində dərc olunub.

Sabirabad rayonunun Rüstəmli kəndində ümumi sahəsi 90 kv.m olan birmərtəbəli evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın zamanı 3 nəfər yanıq xəsarəti alıb. Evə bitişik talvar və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Müəllif: