Ucnoqta.az
www.ucnoqta.az

Ömər aşırımında hərbi avtomobil qəzaya uğrayıb, 2 hərbçi həlak olub

17:26 - 29 Yanvar 2021 tarixində dərc olunub.

Azərbaycan Ordusuna məxsus hərbi nəqliyyat vasitəsi qəzaya uğrayıb.

“Report”un əldə etdiyi məlumata görə, hadisə yanvarın 28-də Murov dağı istiqamətində yerləşən Ömər aşırımında qeydə alınıb.

Nəticədə iki hərbi qulluqçu həlak olub. Onlar Ramiz Mustafayev və Alıxan Qaragözovdur.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Müdafiə Nazirliyindən faktı təsdiq ediblər.

Allah rəhmət eləsin!

Müəllif: