Ucnoqta.az
www.ucnoqta.az

Xəzərdə dalğanın hündürlüyü 2,8 metrə çatıb- <font color=red><b>Faktiki hava</b></font>

21:59 - 18 Yanvar 2021 tarixində dərc olunub.

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 18-i saat 21:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti dəyişib.

Xidmətdən verilən məlumata görə, Gədəbəy, Quba, Şahdağ, Sarıbaş, (Qax), Qrızda qar, Şəmkir, Şahbuz, Qusarda yağış yağıb.

Şimal-qərb küləyi arabir Xınalıqda 23, Naftalanda 21, Neftçalada 20, Yardımlı, Tərtər, Şəmkirdə 16 m/san olub. Bakıda və Abşeron yarımadasında: Qum adasında 18, Çilov adası, Pirallahıda 16, Bakıda 15 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 2,8 metrə çatıb.

Müəllif: