Ucnoqta.az
www.ucnoqta.az

<b>Rusiyada baş verən yanğın zamanı<font color=red> 1-i körpə olmaqla 3 nəfər ölüb</font></b>

09:27 - 18 Yanvar 2021 tarixində dərc olunub.

Rusiyanın Petrozavodsk şəhərində hündürmərtəbəli binada yanğın baş verib. Ucnoqta.az “RİA Novosti”yə istinadən məlumat verir ki, yanğın söndürülən zaman mənzildən 3 nəfərin cəsədi aşkarlanıb – 2 qadın və 1 kişi.

Məlumata görə, yanğınsöndürənlər həmçinin oradan iki kişini və körpəni xilas ediblər, ancaq uşaq xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı cinayət işi açılıb. Yanğının baş vermə səbəbləri araşdırılır.

 

Namiq Musayev

Müəllif: