Ucnoqta.az
www.ucnoqta.az

Siyəzəndə 18 yaşlı oğlan dəm qazından boğulub

15:58 - 14 Yanvar 2021 tarixində dərc olunub.

Siyəzəndə dəm qazından boğulma faktı qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Siyəzənin 20 yanvar küçəsində rayon sakini, 2003-cü il təvəllüdlü Manafov Səyyad Cəmşid oğlu dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif: