Ucnoqta.az
www.ucnoqta.az

Kraliça II Elizabet koronavirus əleyhinə peyvənd olunub

20:22 - 9 Yanvar 2021 tarixində dərc olunub.

Böyük Britaniya kraliçası II Elizabet və əri Edinburq hersoqu Filip koronavirus əleyhinə peyvənd edilib.

Bu barədə Bukinqem Sarayından bildiriblər. Eyni zamanda, Britaniya monarxı və ərinə hansı şirkətin peyvəndi vurulması barədə məlumat verilməyib.

Bildirilib ki, peyvəndlər onlara Vindzor qalasında kral həkimi tərəfindən vurulub.

Müəllif: