Ucnoqta.az
www.ucnoqta.az

Bitkoinin qiyməti 40 min dolları keçib

22:29 - 7 Yanvar 2021 tarixində dərc olunub.

Bitkoin tarixi maksimumunu yeniləyib. Ticarət zamanı kriptovalyutanın dəyəri 8,5 faiz bahalaşaraq 40 min ABŞ dollarından yuxarı qalxıb.

“Report” “CoinDesk”ə istinadən xəbər verir ki, bununla da ən geniş istifadə olunan kriptovalyutanın məzənnəsi rekordu yeniləyib.

Müəllif: