Ucnoqta.az
www.ucnoqta.az

<b>Vertolyotla toy keçirilən əraziyə hücum olundu;<font color=red> 100 ölü, onlarla yaralı</font></b>

15:38 - 6 Yanvar 2021 tarixində dərc olunub.

Malidə vertolyotun toy keçirilən əraziyə hücumu nəticəsində 100 yaxın insan ölüb, onlarla insan isə xəsarət alıb. Ucnoqta.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, insident yanvarın 4-də gecə saatlarında Mopti regionunda baş verib.

Agentliyin məlumatına görə, naməlum vertolyot gecə saatlarında Bounti kəndinə zərbələr endirib və bu zaman həmin ərazidə toy mərasimi keçirilirmiş.

Hadisənin və hücumun təfərrüatları barədə məlumat verilmir.

Yerli hakimiyyət orqanları isə, insidentin istintaqı ilə bağlı şərh verməkdən imtina ediblər.

 

Namiq Musayev

Müəllif: