Ucnoqta.az
www.ucnoqta.az

<b><font color=red>Rusiyada ağır yol qəzası: </font>6 nəfər öldü<font color=red> - FOTO</font></b>

15:20 - 6 Yanvar 2021 tarixində dərc olunub.

Rusiyada ağır yol-nəqliyyat hadisəsi baş verib. Ucnoqta.az xəbər verir ki, qəza yanvarın 5-də axşam saatlarında Smolensk şəhərindən 16 kilometr cənub-qərbdə qeydə alınıb. Bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, “Hyundai” və “VAZ-2115” markalı minik avtomobillərinin toqquşması nəticəsində 6 nəfər dünyasını dəyişib. Onlardan sürücü və qadın sərnişin “Hyundai”da, 2 kişi (1-i sürücü), 2 qadın isə “VAZ-2115”də olub.

Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.

 

Namiq Musayev

 

Müəllif: