Ucnoqta.az
www.ucnoqta.az

Şəmkirdə mağazadan oğurluq edildi

11:13 - 28 Dekabr 2020 tarixində dərc olunub.

Şəmkirdə mağazada oğurluq hadisəsi baş verib.

 Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinin Gəncə Xətt Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 11-də Şəmkir rayonunun Dəllər dəmir yolu stansiyasının ərazisindəki mağazaların birindən 550 manat pul, 1 326 manat dəyərində danışıq kartları, 720 manat dəyərində tütün məmulatı və mobil telefon oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri R.Abbasov və E.İsmayılov saxlanılıblar.

Müəllif: