Ucnoqta.az
www.ucnoqta.az

Lerikdə avtomobil dərəyə aşıb- <font color=red><b>ölən var</b></font>

17:14 - 26 Dekabr 2020 tarixində dərc olunub.

Lerikdə baş verən yol qəzasında bir nəfər ölüb. 

APA-nın verdiyi məlumata görə, hadisə rayonun Günəşli kəndində qeydə alınıb. Durğan kənd sakini, 1968-ci il təvəllüdlü Əliheydər Eyvazovun idarə etdiyi "UAZ" markalı avtomobil dərəyə yuvarlanıb.

Qəza nəticəsində Ə.Eyvazov hadisə yerində dünyasını dəyişib.
Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: