Ucnoqta.az
www.ucnoqta.az

Bakıda 23 yaşlı qız özünü asdı

12:01 - 26 Dekabr 2020 tarixində dərc olunub.

Suraxanı rayonunun Hövsan qəsəbə sakini intihar edib.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. Məlum olub ki, 1997-ci il təvəllüdlü Fatimə Cəfərli tək yaşadığı mənzildə qaz borusundan özünü asıb.

Hüquq mühafizə orqanlarının əməkdaşları intiharın səbəbini qızın psixoloji vəziyyəti ilə əlaqələndirirlər. Onun uzun müddət psixi-nevroloji xəstəxanada qeydiyyatda olduğu müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğu tərəfindən istintaq aparılır.

Müəllif: