Ucnoqta.az
www.ucnoqta.az

Bakı sakini Şabranda silah-sursatla saxlanıldı

12:40 - 25 Dekabr 2020 tarixində dərc olunub.

Bakı şəhər sakinində silah-sursat aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini R.İsmayılzadə şəhər ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan “MC-21-12” markalı ov tüfəngi və 17 ədəd patron aşkar edilərək götürülüb.

Müəllif: