Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıt sakini dəm qazından boğuldu

21:43 - 18 Dekabr 2020 tarixində dərc olunub.

Sumqayıt 59 yaşlı qadın dəm qazından boğulub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 17-ci mikrorayonunda qeydə alınıb.

1961-cil təvəllüdlü şəhər sakini Manafova İradə Şaban qızı hamam otağında dəm qazından boğulub. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: