Ucnoqta.az
www.ucnoqta.az

Türkiyədə koronavirusa yoluxanların sayı 2 milyona çatır

21:24 - 17 Dekabr 2020 tarixində dərc olunub.

Türkiyədə son sutka ərzində koronavirusdan 243 nəfər dünyasını dəyişib, 4209-ü simptomatik olmaqla 27 515 pasiyent COVİD xəstəsi kimi qeydiyyata alınıb. 

Bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 17,364-ə, bu virusa yoluxanların sayı isə 1,955,680-ə çatıb.

Ümumilikdə 21 milyondan çox insan test olunub.

Müəllif: