Ucnoqta.az
www.ucnoqta.az

Türkiyədə yeni ildə komendant saatı elan olundu

08:24 - 15 Dekabr 2020 tarixində dərc olunub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə koronavirusla bağlı vəziyyətlə əlaqədar 31 dekabr axşam saatlarından 4 yanvar səhər saatlarına qədər komendant saatı elan olunduğunu açıqlayıb. Bu barədə “Daily Sabah” məlumat yayıb. “Yeni il bayramında koronavirusa qarşı tədbirlər çərçivəsində dörd günlük komendant saatı tətbiq olunur: 31 dekabr 21:00-dan 4 yanvar 05:00-a qədər”, - deyə R.T.Ərdoğan bildirib.
Müəllif: