Ucnoqta.az
www.ucnoqta.az

Ronaldu Messi ilə münasibətlərindən danışıb

10:52 - 9 Dekabr 2020 tarixində dərc olunub.

İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu İspaniya "Barselona"sında çıxış edən Lionel Messi ilə münasibətlərindən danışıb.

"Report" "Football Italia"ya istinadən xəbər verir ki, 35 yaşlı hücumçu Kataloniya komandasına səfərdə 3:0 hesabı ilə qalib gəldikləri Çempionlar Liqasının qrup mərhələsinin VI tur matçından sonra maraqlı açıqlama verib.

Portuqaliyalı forvard argentinalı oyunçunu özünə rəqib hesab etmədiyini söyləyib: "12-13 ildir ki, birlikdə müxtəlif mükafatlandırma mərasimlərində iştirak edirik. Onu heç vaxt rəqib kimi görməmişəm. Hər şey media tərəfindən şişirdilir. Biz həmişə yaxşı münasibətdə olmuşuq. Messidən soruşsanız, o da sizə bunları söyləyəcək".

Qeyd edək ki, "Yuventus" "Barselona" üzərində qələbə sayəsində qrup lideri kimi 1/8 finala yüksəlib.

Müəllif: