Ucnoqta.az
www.ucnoqta.az

<b>Ermənistanda "Range Rover" "ZİL"lə toqquşaraq yandı;<font color=red> 2 ölü, 2 yaralı </font></b>

12:42 - 8 Dekabr 2020 tarixində dərc olunub.
Ermənistanda iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Ucnoqta.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə dekabrın 8-də İrəvan - İcevan trasında qeydə alınıb.

Məlumata görə, "Range Rover" markalı minik avtomobili hərəkətdə olarkən qəfildən sürücünün idarəetməsindən çıxıb və qarşı zolaqdan gələn "ZİL" markalı yük maşını ilə toqquşub. Zərbənin təsirindən minik avtomobilində yanğın olub.

Qəza nəticəsində "Range Rover"in sürücüsü və sərnişini aldıqları xəsarətlərdən hadisə yerində ölüblər, yük maşınının iki sərnişini isə xəstəxanaya çatdırılıblar.

Namiq Musayev

Müəllif: