Ucnoqta.az
www.ucnoqta.az

Cəlilabada ilk qar yağıb

20:31 - 7 Dekabr 2020 tarixində dərc olunub.

Cəlilabad rayonuna ilk qar yağıb.

Qar rayonun əsasən dağlıq kəndlərinə yağıb. Belə ki, Xanəgah, Pərdi, Kövuzbulaq, Zəhmətabad, Musalı, Ləkin, Əsədli, Badamağacı, Şatırlı və Buravar kəndlərində yağan qarın hündürlüyü 5-10 sm-ə çatıb.

Hazırda bu kəndlərdə şaxtalı hava şəraiti müşahidə olunur.///report

Müəllif: