Ucnoqta.az
www.ucnoqta.az

Qubada minik avtomobilləri toqquşub, xəsarət alanlar var <font color=red><b>VİDEO</b></font>

11:24 - 5 Dekabr 2020 tarixində dərc olunub.

Quba rayonunda yol qəzası olub.

"Report"un verdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, "VAZ-2106" və "Volkswagen Passat" avtomobilləri toqquşub.

Nəticədə VAZ-da olan Talabı kənd sakinləri - Absalam Seyidəliyev və Mahirə Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Regional Diaqnostika və Müalicə Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: