Ucnoqta.az
www.ucnoqta.az

Samuxda evdə partlayış olub- <font color=red><b>xəsarət alan var</b></font>

22:11 - 4 Dekabr 2020 tarixində dərc olunub.

Samuxda qaz partlayıb.

Hadisə rayonun Sərkar kəndində qeydə alınıb.

Kənd sakini, 1996-cı il təvəllüdlü Cəlal Qurbanov ağır yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaralıya lazımi tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, C.Qurbanov evdə işığı yandıran zaman partlayış baş verib. Təfərrüatlar araşdırılır.///Apa

Müəllif: