Ucnoqta.az
www.ucnoqta.az

Qaz partlayışında yaralanan qadın 3 gün sonra öldü

09:36 - 17 Noyabr 2020 tarixində dərc olunub.

Gəncə şəhərində evdə partlayışda xəsarət alan qadın vəfat edib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, noyabrın 13-də şəhər sakini, 1962-ci il təvəllüdlü Gülnarə Əliyeva yaşadığı evin qaz sobasını yandıran zaman baş vermiş qəfil partlayış nəticəsində ağır xəsarətlər alıb.

O, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilsə də, noyabrın 16-da orada vəfat edib.

Faktla bağlı prokurorluqda araşdırma aparılır.

Müəllif: