Ucnoqta.az
www.ucnoqta.az

Hava şəraiti dəyişəcək-<font color=red><b> Xəbərdarlıq</b></font>

13:56 - 10 Noyabr 2020 tarixində dərc olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib.

ETSN-dən verilən məlumata görə, noyabrın 11-i gündüzdən 13-dək Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var.

Noyabrın 11-i gündüzdən 13-dək Azərbaycan rayonlarının bəzi yerlərində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Şimal və şərq rayonlarında leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Müəllif: