Bakıda avtobus dayanacaqda duran piyadaları vurub- <font color=red><b>ölən var</b></font>
14:30 - 7 Noyabr 2020 tarixində dərc olunub.
Yasamal rayonu ərazisində “Daewoo” markalı avtobusla dayanacaqda olan 2 piyada vurulub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 6-da saat 08 radələrində Yasamal rayonu ərazisində Şabran rayon sakini R.Poladov idarə etdiyi “Daewoo” markalı avtobusla dayanacaqda olan Abşeron rayon sakinləri Qabil Nağıyevi və İ.Pokinanı vurub.
Piyada Q.Nağıyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Yasamal RPİ tərəfindən araşdırma aparılır.