Ucnoqta.az
www.ucnoqta.az

Roberto Mançini koronavirusa yoluxub

09:40 - 7 Noyabr 2020 tarixində dərc olunub.

İtaliya milli futbol komandasının baş məşqçisi Roberto Mançininin koronavirusla bağlı verdiyi testin nəticəsi pozitiv çıxıb.

Bu barədə İtaliya Futbol Federasiyası bildirib.
55 yaşlı mütəxəssisin xəstəliyi simptomsuz keçir, məşqçi özünü təcrid etdi.

Qeyd edək ki, Roberto Mançini keçmişdə tanınmış futbolçu olub və hazırda məşqçidir.

Müəllif: