Ucnoqta.az
www.ucnoqta.az

Şəmkirdə baş verən yol qəzasında 2 nəfər ölüb

18:17 - 6 Noyabr 2020 tarixində dərc olunub.

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın verdiyi xəbərə görə, hadisə Bakı-Qazax yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

“VAZ-2107” markalı avtomobil “Hyundai” markalı minik maşını ilə toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Müəllif: