Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Dünyada COVID-19-a yoluxanların sayı 42 milyonu keçdi</b></font>

07:50 - 24 Oktyabr 2020 tarixində dərc olunub.

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 42 milyonu ötüb. Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ-ın Jhon Hopkins universiteti məlumat yayıb.

Universitetin məlumatına görə, dünyada infeksiyaya yoluxanların sayı 42 039 763 nəfərə çatıb.

Pandemiya başlayandan bu günə kimi COVID-19-dan 28 milyon pasiyent sağalıb, 1 141 223 nəfər isə vəfat edib.

Qeyd edək ki, dünyada ən çox yoluxma sayı qeydə alınan ölkələr ABŞ (8,7 milyon), Hindistan (7,8 milyon) və Braziliyadır (5,3 milyon).

 

Namiq Musayev

Müəllif: