Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Rusiyaya məxsus Su-34 təyyarəsi qəzaya uğrayıb</b></font>

14:30 - 21 Oktyabr 2020 tarixində dərc olunub.

Rusiyanın Hərbi Hava Qüvvələrinə məxsus Su-34 təyyarəsi qəzaya uğrayıb. Ucnoqta.az xəbər verir ki, hadisə oktyabrın 21-də Xabarovsk bölgəsində qeydə alınıb. Bu barədə “TASS” məlumat yayıb.

Agentliyin məlumatına görə, qırıcı təlim-məşq uçuşu həyata keçirirmiş. Hadisə zamanı pilotlar katapult edə biliblər və onların həyatı üçün heç bir təhlükə yoxdur. 

Bildirilir ki, qəza keçirən təyyarə meşəlik-düz yerə düşüb, ərazidə dağıntılar yoxdur.

Faktın araşdırılması üçün xüsusi komissiya yaradılıb.

 

Namiq Musayev

Müəllif: