Ucnoqta.az
www.ucnoqta.az

Gürcüstanda zəlzələ olub

20:15 - 16 Oktyabr 2020 tarixində dərc olunub.

Gürcüstanda 3,2 bal gücündə zəlzələ baş verib.

“Report” xəbər verir ki, bu barədə Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzindən bildirilib.

Yeraltı təkanlar yerli vaxtla saat 19:20-də Tbilisidən 20 kilometr aralıda, Tetritskaro rayonunun cənub-şərqində qeydə alınıb. Zəlzələnin episentri Samşvilde kəndi yaxınlığında olub.

Müəllif: