Ucnoqta.az
www.ucnoqta.az

Qazaxda yol qəzası olub- 1 nəfər ölüb, iki nəfər yaralanıb

15:53 - 13 Oktyabr 2020 tarixində dərc olunub.

Qazaxda ölümlə nəticələnən yol-nəqliyyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 12-də saat 22 radələrində Qazax rayonunun Böyük Cəfərli kəndi ərazisində Xanlıqlar kənd sakini Qələndər Məmmədovun idarə etdiyi “VAZ-2104” və Bakı şəhər sakini M.Musayevin idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü və sərnişinlərdən biri xəstəxanaya yerləşdirilib, Q.Məmmədov orada ölüb.

Qazax Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Müəllif: