Ucnoqta.az
www.ucnoqta.az

Polis əxlaqsızlıq yuvasında reyd keçirdi- <font color=red><b>Video</b></font>

12:51 - 25 Sentyabr 2020 tarixində dərc olunub.

Sumqayıtda yerləşən kafelərdən birində karantin qaydaları pozulduğu üçün polis tərəfindən əməliyyat keçirilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə baku.ws-in “qaynar xətt”inə məlumat veriblər. Hadisə şahidləri bildiriblər ki, reyd zamanı kafedə intim xidmətlər göstərən qızlar da aşkarlanıb və saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə kafedə polis tərəfindən reyd keçirildiyi təsdiqlənib.
“Saat 12-dən sonra fəaliyyət göstərdiyi üçün karantin qaydalarının pozulması barədə məlumat daxil olub. Reyd keçirilib.

Reyd zamanı müştərilər və kafe sahibi barəsində inzibati protokol tərtib edilib”, - nazirliyin məlumatında bildirilib.

Müəllif: