Ucnoqta.az
www.ucnoqta.az

Suares “Barselona”nı göz yaşları ilə tərk etdi- <font color=red><b>VİDEO</b></font>

08:55 - 25 Sentyabr 2020 tarixində dərc olunub.

“Barselona” ilə yollarını ayıran uruqvaylı hücumçu Luis Suares Kataloniya klubunu göz yaşları ilə tərk edib.

Görüntülər klubun rəsmi “Twitter” səhifəsində dərc olunub. “Barselona” klubunu tərk etməsi ilə əlaqədar keçirdiyi mətbuat konfransında uruqvaylı futbolçu emosiyalarına hakim ola bilməyib.

“Bu mərhələ bitdi və qazandığım bütün nailiyyətlərlə fəxr edirəm. Bütün azarkeşlərə sonsuza qədər minnətdaram”, - deyə futbolçu qeyd edib. 


​///oxu.az

Müəllif: