Ucnoqta.az
www.ucnoqta.az

Daşkəsəndə minik maşını aşıb- <font color=red><b>3 nəfər xəsarət alıb</b></font>

20:55 - 17 Sentyabr 2020 tarixində dərc olunub.

Daşkəsəndə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Quşçu kəndində qeydə alınıb. Hərəkətdə olan "Mitsubishi" markalı avtomobil idarəetmədən çıxıb və yoldan çıxaraq aşıb. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hazırda yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.///Apa

Müəllif: