Ucnoqta.az
www.ucnoqta.az

Lənkəranda 17 yaşlı gənc süni göldə batıb

20:19 - 13 Sentyabr 2020 tarixində dərc olunub.

Lənkəran rayonunun Gərmətük kəndinin ərazisində yerləşən süni göldə 2003-cü il təvəllüdlü Əliyev Elşad Tofiq oğlu boğulub.

Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, gəncin axtarışları başa çatıb. E.Əlyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Müəllif: