Ucnoqta.az
www.ucnoqta.az

Bakıda mənzildən kişi meyiti tapılıb

14:15 - 12 Sentyabr 2020 tarixində dərc olunub.

Bnəqədidə mənzildən 59 yaşlı kişi meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1961-ci il təvəllüdlü Əliyev Tofiq Rəhman oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Müəllif: