Ucnoqta.az
www.ucnoqta.az

Salyanda baş vermiş avtoqəzada sürücü xəsarət alıb

20:53 - 11 Sentyabr 2020 tarixində dərc olunub.

Salyanda xəsarətlə nəticələnən yol qəzası baş verib.


APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan rayonunun Yuxarı Xələc kəndində qeydə alınıb.

Həmin kəndin sakini, 1992-ci il təvəllüdlü Quliyev Həsrət Allahverdi oğlu idarə etdiyi minik maşınını beton dirəyə çırpıb. Nəticədə sürücü ağır xəsarətlərlə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: