Ucnoqta.az
www.ucnoqta.az

Sabirabadda 81 yaşlı kişi 44 yaşlı arvadını qətlə yetirib

16:51 - 4 Sentyabr 2020 tarixində dərc olunub.

Sabirabadda 81 yaşlı kişi 44 yaşlı arvadını qətlə yetirib.

APA-nın məlumatına görə, qətl hadisəsi Sabirabad rayonunun Qəzli kəndində baş verib. Həmin kəndin sakini, 1939-cu il təvəllüdlü Eyyubov Yaqub Abas oğlu qısqanclıq zəminində həyat yoldaşı, 1976-cı il təvəllüdlü Eyyubova Mətanət Əlihüseyn qızını bıçaqlayaraq qətlə yetirib. Ürək nahiyəsindən 2 bıçaq zərbəsi alan qadın xəstəxanaya aparılarkən yolda keçinib.

Faktla bağlı Sabirabad rayon prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Müəllif: