Ucnoqta.az
www.ucnoqta.az

Goranboyda qəza baş verib, ölən və yaralanan var - <font color=red><b>Foto</b></font>

22:32 - 31 Avqust 2020 tarixində dərc olunub.

Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo"nun xəbərinə görə, hadisə Goranboy - Ağcakənd avtomobil yolunun Səfikürd kəndindən keçən hissəsində olub. Hərəkətdə olan "Azsamand" markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılması nəticəsində maşında olan 1993-cü il təvəllüdlü Samir Xanlarov ölüb, bir nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 

 

Müəllif: