Ucnoqta.az
www.ucnoqta.az

Uqandada uşaqları ildırım vurdu- <font color=red><b>10 nəfər öldü</b></font>

18:41 - 28 Avqust 2020 tarixində dərc olunub.
Uqandada futbol oynayarkən yağan leysan yağışlardan qorunmaq üçün samandan hazırlanmış daxmaya sığınan uşaqları ildırım vurub.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, 13 uşaqdan 10-u dünyasını dəyişib. 9 uşaq hadisə yerində, 1-I isə xəstəxanada vəfat edib. Yaralanan digər 3 yeniyetmə isə xəstəxanada müalicə olunur.

Xatırladaq ki, Uqandada 2011-ci ildə məktəblərin birinə ildırım düşməsi nəticəsində 18 uşaq həyatını itirmişdi.
Müəllif: