Ucnoqta.az
www.ucnoqta.az

Bakıda intiharın qarşısı alınıb

09:01 - 28 Avqust 2020 tarixində dərc olunub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər çoxmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Müəllif: