Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda qadın vəkilin fəaliyyəti dayandırıldı

16:57 - 26 Avqust 2020 tarixində dərc olunub.

Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Bu barədə VK-dan məlumat verilib.

Bildirilib ki, vəkil Janna Bağırova ilə bağlı şikayətlər araşdırılıb. Qərara əsasən, J.Bağırovanın fəaliyyəti dayandırılıb və VK-dan xaric olunması ilə bağlı məhkəməyə müraciət olunub.
Bundan başqa, Baş Prokurorluğun vəkillər - Zibeydə Sadıqova ilə Nemət Kərimlinin vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı təqdimatı rədd edilib.

Həmçinin Rəyasət Heyəti vətəndaşın digər vəkil Bəhruz Bayramovla bağlı şikayətinin rədd edilməsi ilə bağlı qərar çıxarıb.///report

Müəllif: