Ucnoqta.az
www.ucnoqta.az

"Rusiya Azərbaycanın strateji tərəfdaşıdır"- <font color=red><b>Sergey Lavrov</b></font>

15:21 - 26 Avqust 2020 tarixində dərc olunub.

“Rusiya Azərbaycanın strateji tərəfdaşlarından biridir. Ölkələrimiz arasındakı ticarət dövriyyəsi artmaqda davam edir. Belə ki, 2020-ci ilin ilk aylarında pandemiyaya baxmayaraq, ticarət dövriyyəmiz azalmadı, əksinə, bir qədər artdı”.

Bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla Moskva görüşündən sonra deyib.
Rusiyalı nazir görüş zamanı iki ölkə arasındakı əməkdaşlığın müxtəlif sahələrini, habelə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələləri müzakirə etdiklərini bildirib.///report

Müəllif: