Ucnoqta.az
www.ucnoqta.az

"Barselona" Erik Abidalla yollarını ayırıb

18:49 - 18 Avqust 2020 tarixində dərc olunub.
"Barselona" idman direktoru Erik Abidalla yolları ayırıb. Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflərin qarşılıqlı razılaşması ilə müqaviləyə xitam verilib. 2007-2013-cü illərdə futbolçu kimi "Barselona"nın şərəfini qoruyan 40 yaşlı mütəxəssis 2018-c ildə klubun idman direktoru təyin edilmişdi. Xatırladaq ki, Çempionlar Liqasının 1/4 finalında "Barsa"nın "Bavariya"ya 2:8 hesabı ilə uduzmasından sonra komandanın baş məşqçisi Kike Setyen istefaya göndərilib. İspaniya mətbuatı komandanın yenidən qurulacağını yazıb.
Müəllif: