Ucnoqta.az
www.ucnoqta.az

Tomas Müller: <font color=red><b>"Bu gün çox əyləndik"</b></font>

09:27 - 15 Avqust 2020 tarixində dərc olunub.

"12-15 oyunçumuz ən yaxşı ada layiqdir. Finala çıxmaq üçün buradayıq "

Ucnoqta.az xəbər verir ki, "Bavariya" nın yarımmüdafiəçisi Tomas Müller Çempionlar Liqasının 1/4 finalında "Barselona" ilə oyundan sonra öz fikirlərini bölüşüb: “İzah etmək çətindir. Komandamız inanılmaz formadadır. Matçın oyunçusu mükafatına görə təşəkkür edirik, ancaq buna layiq olan 12 və ya 15 oyunçumuz var. O qədər intensiv oynayırıq ki, bizi məğlub etmək çətindir.

Bu gün çox əyləndik. Oyunçu adlarının əhəmiyyəti yoxdur. Əlbəttə "Barselona" xüsusi bir klubdur, buna görə daha da aqressiv hərəkət edib təkrar-təkrar gəlməliydik"-  Mueller BT Sport-a verdiyi müsahibədə deyib.

Qeyd edək ki, Müller bu görüşün ən yaxşı oyunçusu seçilib.

Müəllif: