Ucnoqta.az
www.ucnoqta.az

Bakıda 68 yaşlı qadını motosiklet vurdu

23:47 - 14 Avqust 2020 tarixində dərc olunub.
Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib “Report” xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb. Belə ki, 1952-ci il təvəllüdlü Əlixanova Məlahət Piri qızı yolu keçmək istəyərkən motosiklet onu vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol budunun sınığı diaqnozu qoyulub və reanimasiyaya yerləşdirilib.
Müəllif: