Ucnoqta.az
www.ucnoqta.az

"Qalatasaray"ın iki futbolçusunda koronavirus aşkarlandı

14:19 - 14 Avqust 2020 tarixində dərc olunub.

Türkiyənin "Qalatasaray" klubunun iki futbolçusu koronavirusa yoluxub. 


Bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb. Komandanın oyunçuları ilə yanaşı, texniki heyəti də testdən keçib. 

Klub virus aşkarlanan futbolçuların adlarını açıqlamayıb. Hər iki oyunçu təcrid olunub.  

Qeyd edək ki, daha əvvəl "Fənərbağça"nın bir futbolçusunda koronavirus aşkarlanmışdı. 

Müəllif: