Ucnoqta.az
www.ucnoqta.az

Fransada pandemiyanın ikinci dalğası barədə xəbərdarlıq edilib

20:14 - 4 Avqust 2020 tarixində dərc olunub.
Fransada alimlər koronavirus pandemiyasının ikinci dalğasının payızda və ya qışda başlaya biləcəyi barədə xəbərdarlıq ediblər. Trend-in məlumatına görə, son bir neçə gün ərzində ölkədə yoluxma sayında yenidən artım müşahidə olunur. Təkcə son 3 gün ərzində 3 376 yeni yoluxma qeydə alınıb. Mütəxəssislər növbəti aylarda ikinci dalğanın olacağını ehtimal edirlər. Qeyd edək ki, bu günədək Fransada 191 mindən çox şəxs koronavirusa yoluxub, 30 294 nəfər ölüb.
Müəllif: