Ucnoqta.az
www.ucnoqta.az

Kəbəyə toxunmaq və öpmək qadağan edildi

10:47 - 8 İyul 2020 tarixində dərc olunub.

Səudiyyə Ərəbistanı hökuməti koronavirus səbəbindən zəvvarlara Məkkə və Mədinə şəhərlərində yerləşən müqəddəs məkanlara toxunmağı qadağan edəcək.

Bu barədə “Aş-Şark al-Ausat” qəzeti Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyinə istinadən xəbər verib.
“Kəbəyə toxunmaq və öpmək qadağandır”, - nazirliyin açıqlamasında qeyd olunub.

Bundan əlavə, Kəbə evi ətrafında maneələr qurulacaq, zəvvarların maska taxması məcburi olacaq.///oxu.az

Müəllif: