Ucnoqta.az
www.ucnoqta.az

Gerye “Qarabağ”a qayıtdı

19:28 - 1 İyul 2020 tarixində dərc olunub.

Donald Gerye yenidən "Qarabağ"a qayıdıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə haitili futbolçu instaqram hesabında yazıb. 31 yaşlı futbolçu sabiq komandasına geri döndüyünü açıqlayıb.

Qeyd edək ki, Donald Gerye 2017-2019-cu illər ərzində də "Qarabağ"da çıxış edib. O, Ağdam təmsilçisindən ayrıldıqdan sonra "Neftçi"yə keçmişdi. Gerye "Qarabağ"la ikiqat Azərbaycan çempionluğu (2018, 2019) qazanıb.

Müəllif: